Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu zəruri sosial-texniki infrastruktur ilə yaşayış məhəlləsinin layihələndirilməsinə dair tender elan edib.

 

İnfrastruktur Gəncə şəhərində yataqxanalarda müvəqqəti yerləşdirilən 1500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmalıdır.

 

Tenderdə iştirak haqqı 150 manat təşkil edir.

 

Tender təklifləri 8 yanvar 2018-ci il tarixinədək qəbul olunur. Tender proseduru yanvarın 9-da baş tutacaq.