Məcburi köçkünlərin Sosial İnkişafı Fondu 300 məcburi köçkün ailəsi üçün yaşayış binasının ikinci mərhələsinin tikintisi üçün yeddi şirkətlə 9 müqavilə imzalayıb. Dövlət Neft Fondu (ARDNF) tərəfindən ödənilən müqavilələrin ümumi məbləği 20,6 mln manatdır.

Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ümumilikdə 4 beş mərtəbəli yaşayış binası tikiləcək. Bu işlər 15 milyon 672,9 min manata başa gələcək. Podratçılar “Şəms-95”, “Lanel” MMC, “Rabitəinşaat” MMC və “Azəri Servis Ltd” MMC-dir.