Ötən ilin IV rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb, yol və körpü tikintisi üzrə qiymətlərdə isə 0,6 faiz bahalaşma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz ucuzlaşıb.
Bundan əlavə, rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz ucuzlaşıb. Yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.