Real sektorun əhəmiyyətli sahələrindən olan inşaat və əmlak sektoruna 2016-cı ilin sonlarında qoyulan kreditlərin həcmi 3 dəfə azalıb.

Mərkəzi Bankın statistikasına əsasən xəbər verilir ki, ötən ilin noyabr ayında bu sektorlara qoyukan kreditlər son üç ilin ən aşağı məbləğində olub. Belə ki, noyabrda inşaat və əmlak sektoruna verilən kreditlərin miqdarı 1 milyard 891 milyon manat olub. Kreditlərin xüsusi çəkisi isə 11.6% təşkil edib.

Halbuki, 2016-ci ilin yanvar ayında tikinti sektoruna ən yüksək həcmdə kredit qoyulub. Həmin vaxt bu inşaat və əmlak sektoruna 3 milyard 83 milyon manat kredit yönəldilib.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin noyabr ayında bu sahəyə qoyulan kreditlərin miqdarı 2 milyard 513 milyon manat olub. Həmin məbləğ real sektora verilən ümumi kreditlərin miqdarında cəmi 13.8% təşkil edib. Bu sahəyə verilən kreditlərin miqdarı 2014-cü ilin noyabr ayından sonra da artmaqda davam edib.

2015-ci ilin noyabr ayında da verilən kreditlərin həcmində artım müşahidə olub və bu 2 milyard 625 milyon manat təşkil edib. Bu miqdarın da xüsusi çəkisi real sektora verilən kreditlərin yalnız 14%-ni təşkil edib.

Fins.az