Keçən il əsas kapitala 17238,2 milyon manat məbləğində, yaxud 2017-ci illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib. 
Bu, Dövlət Statistika Komitəsinin 2018-ci ilin yekunlarına dair hesabatında əksini tapıb.
İstifadə olunmuş vəsaitin 1 milyard 313,8 milyon manatı (7,6 faizi) ümumi sahəsi 2 084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Xatırladaq ki, 2017-c ildə yaşayış evlərinin tikintisinə 891 milyon manat vəsait sərf olunub, ümumi sahəsi 1727,4 min kvadrat metr olan yaşayış evləri tikilib.
Beləliklə, 2018-ci ildə 2017-ci illə müqayisədə yaşayış evlərinin tikintisinə yönəldilən vəsaitlər 32 faiz, tikilən yaşayış evlərinin sahəsi isə 17 faiz çox olub.
© Bakupost