Dərslərin başlamasına cəmi bir neçə gün qalıb. Amma bir çox tələbələr hələ də kirayə ev tapa bilmirlər. Buna səbəb isə ötən ilə nisbətən tələbatın 2 qat artması göstərilir. Kirayə mənzil bazarında qiymətlərin nə vaxt enəcəyi və bazardakı son vəzıyyəti sizə təqdim edirik.
Kirayə ev axtaran çoxdur, mənzil isə tapılmır.
Yeni dərs ilinin başlaması ilə əlaqədar kirayə mənzillərə tələbat artıb. Mənzil tapmaq isə əksəriyyət üçün müşkül məsələyə çevrilib. Günlərlə mənzil axtarıb tapmayanlar da var.
Rieltorlar da ötən ilə nisbətən bu il kirayə mənzil bazarında yaranan qıtlıqla əlaqədar qiymətlərin qalxdığını deyirlər. Qiymətlər isə otaq sayından asılı olaraq 50-300 manat arasında artıb.
Kirayə mənzillərin tapılmamasının yeganə səbəbi isə tələbələrin Bakıya axını deyil. Rieltorlar bu problemin yaranacağını bir neçə ay əvvəldən gözlənildiyini deyirlər. Belə ki, Bakıda köhnə mənzillərin pilot layihə çərçivəsində sökülməsi də bazara təsir edib.
Kirayə mənzil bazarında qiymətlərin enməsi isə oktyabr və noyabr aylarına gözlənilir.