“Sosial evlərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyinə 50 hektar torpaq və 10 milyon manat pul ayrılıb”.

“APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

“Söhbət 1-2 evdən deyil, məhəllələrdən, kvartallardan gedir. Başqa sözlə, sosial evlərin tikintisi uzunmüddətli prosesdir. Təkcə tender prosedurları 5-6 ay aparacaq”, – deyə A. Şərifov bildirib.

Baş nazirin müavini quruma ayrılan torpaqların harada yerləşdiyini deməyib: “Bu gün də quruma torpaqların ayrılması davam edir. Proses yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək”.