Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Moskvada “Qalereya Aktyor” ticarət-ofis mərkəzinin bir hissəsini 32 il müddətinə məşhur dünya brendinə icarəyə verməyi planlaşdırır. Bunu Trend-ə fonddan deyiblər.

Fonddan bildiriblər ki, binanın ticarət obyektlərinin yerləşdiyi 3 mərtəbəsini icarəyə vermək planlaşdırlır: “Bu, binanın qiymətinə və fondun qoyduğu investisiyaların gəlirliliyinə müsbət təsir edəcək”.