Satınalma hüququ ilə mənzillərin kirayə verilməsi mexanizmi çərçivəsində 2 449 vətəndaş öz mənzil şəraitini yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bunu İpoteka və Kredit-Zəmanət Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev KİV üçün məşğələ zamanı deyib.

“Bu günədək Fond biznes kreditləri üzrə 320,751 milyon manat məbləğində zəmanət və subsidiyalar verib. 50 bölgədə 40 438 borcluya 2,85 milyard manat məbləğində ipoteka krediti verilib”, – deyə o bildirib.