1 il əvvəl satdığı mənzilə görə xeyli vergi ödəməli olub.

Xezerxeber.az məlumat verir ki, Telman Kərimov Mingəçevir şəhərindən 2003-cü ildə aldığı mənzili müalicə xərclərini ödəmək üçün 24 min 800 manata satıb. Alqı-satqı müqaviləsi bağlanan zaman şəhər sakininə vergi ödəməli olduğu bildirilib.

Ev sahibinin həyat yoldaşı Kəmalə Kərimova deyir ki, mənzil ötən ilin aprelində satılıb, özləri isə Ucar rayonunda yaşadıqlarından yalnız mart ayında Mingəçevirə qeydiyyata düşüblər. Onlar 800 manata yaxın məbləğin onlardan alınmasının qanuni olmadığını deyir. Hazırda 1-ci qrup əlil olan Telman Kərimov məsələnin qanunauyğun həll edilməsini istəyir.

Məsələ ilə bağlı Vergilər Nazirliyindən bildirilib ki, vətəndaşın satdığı evə görə verginin hesablanması tam qanunidir. Mənzil Telman Kərimova məxsus olsa da, o, uzun müddət başqa şəhərdə qeydiyyatda olub. Vergi ödəməməsi üçün vətəndaş ən azı 5 il yeni aldığı mənzildə qeydiyyatda olmalı idi. O isə cəmi 1 ay qeydiyyatda olandan sonra mənzili satmaq qərarına gəlib. Belə olan halda vətəndaşa mənzilin sahəsi və yerləşdiyi zonanın əmsalına uyğun vergi hesablanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: