Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı araşdırmalar bu ilin aprelində başa çatacaq.

FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbavrovun keçirdiyi mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib. Onun sözlərinə görə, yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiqlənib.

Plana uyğun olaiaq yerlərdə icra hakimpiyyəti başçılarına bununla bağlı komissiyaların yaraılması tapşırılıb. Bu komissiyalvrın işində rayon icra hakimiyyətləri ilə yanaşı, ƏMDK, FHN, KTN, Ekologiya Nazirliyi və Şəhərsalma Komitəsinin nümayəndələri də iştirak edirlər. Bu işlər ümumilikdə ölkə üzrə 57 rayon-şəhər üzrə aparılır.

İndiyədək aparılan işlər nəticəsində Bakıda 163 min, digər şəhərlərdə isə 74,6 min daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb. Bu işlər apreldə tamamlanacaq və bundan sonra materiallar Administrasiyaya təqdim ediləcək. Bunun nəticəsi olaraq müəyyən konseptual şəkildə qərar qəbul ediləcək.

Bununla yanaşı, R.Şahbazov bildirib ki, neft müqavilələri ərazisinə düşən, infrastruktur və mühafizə zonalarına düşən əmlaklar sənədləşdirilməyəcək.