Yanvar-may aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,6 faizini əsaslı təmir, 5,2 faizini cari təmir, 20,1 faizini isə sair tikinti işləri təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ümumi inşaat işlərinin 86,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.