Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayına nisbətən 1,46 %, illik müqayisədə isə 0,83 % azalıb.

Bu barədə “Report”a “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, paytaxtda təkrar mənzillərin qiyməti ay ərzində (1 kvadrat metrə görə daimi struktur ilə orta qiymət) 1,83 % artıbil ərzində isə 3,81 % azalıb.

“İlkin mənzil bazarında isə qiymətlərdə (1 kvadrat metrə görə ) öncəki ayla müqayisədə 0,07 % azalma, il ərzində 9,38 % artım müşahidə edilib. Mənzillərin kirayəsi bazarında qiymətlərdə ay ərzində (1 kvadrat metrə görə) 1,97 %, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 4,89 % azalma qeydə alınıb.

May ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) aprel ayına nisbətən 4,75 % artım olubson 1 ildə isə 11,09 % azalma olub. Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında fevral ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 0,65 % artım olub, il ərzində isə qiymətlər dəyişməyib”, – N.İbrahimov bildirib .

Ekspert kommersiya obyektləri, torpaq bazarı və tikinti materialları bazarındakı qiymət dəyişmələrindən də danışıb:

“Ötən ay kommersiya obyektlərinin satışı (1 kvadrat metrə görə) aprel ayına nisbətən 3,2 % ucuzlaşıb, son 1 ildə isə 3,99 % bahalaşıb. Obyektlərin icarə qiymətləri (1 kvadrat metrə görə) ay ərzində 8,65 %, il ərzində isə 0,06 % azalıb.

May ayında Bakıda torpaq (1 sota görə) aprelə nisbətən 3,65 % bahalaşıb, son 1 ildə isə 12,1 % ucuzlaşıb. Daşınmaz əmlak bazarının digər bir seqmenti olan tikinti materialları bazarında isə ötən ay qiymətlər 2,97 %, il ərzində isə 24,69 % artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 3,45 %, il ərzində 15,38 % artım, taxta məmulatlarının qiymətində ay ərzində 2,17 %, il ərzində 6,82 % artım, sementin qiymətində ay ərzində 2,76 %, il ərzində 4,2 % artım olub. Ay ərzində daş məmulatları, dam örtükləri və qumun qiyməti isə dəyişməyib”.