Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə mənzil tikintisi ilə bağlı vergiyə cəlb olunma yanaşması da dəyişəcək.

Bu barədə FED.az-a “Ekvita” şirkətinin baş vergi mütəxəssisi Taleh Dadaşov bildirib.

Onun sözlərinə görə, hal-hazırda bina tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququları var. O hüquqdan istifadə etmədikdə isə mənfəətə vergisi ödəyicisi olurlar.

Sadələşmiş vergi ödəyicisi hüquqi olduqda həmin şəxslər üçün vergi ümumi tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələri üzrə hər bir kv metrinə 45 manat baza qiyməti əsasında müəyyən olunub. Bu sadələşmiş vergidə belədir. Həmin müəyyən olunmuş vergi məbləği Azərbaycan Respublikası Bakı şəhəri və rayonları üzrə əmsallara vurulur. Əmsallar da nazirlər kabinetinin müvafiq qərarı və Vergi Məcəlləsi ilə müəyyən olunur.

“Baş verəcək dəyişiklikdən sonra isə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəmək hüququnun olması ləğv olunur. Bu halda isə həmin şəxslər yalnız mənfəət vergisi və ƏDV ödəyicisi olacaqlar. Bu halda vergi  – ümumi mənzillərin satışından əldə olunana gəlirdən vergi ödəyəcək. Misal olaraq binanın mənzillərinin satışından 2 milyon manar gəlir olubsa bu məbəğdən xərclər çıxılacaq misal üçün 1 milyon manat. Bundan sonra qalan məbləğdən mənfəət vergisi tutulacaq. Hazırda mənfəət vergisinin faiz dərəcəsi 20%-dir. Deməli 200 min manat vergi ödəyəcək” -deyə Taleh Dadaşov bildirib.

Ekspert bildirib ki, Məcəlləyə dəyişikliklər tikinti şirkətlərinin “Əvvəlki qanunla müqayisədə həm Bakıda, həm də regionlarda bina tikən sahibkarların vergi yükü artacaq. Çünki sahibkarlar həm mənfəət vergisi ödəyəcək, həm də dövriyyədən aylıq əlavə olaraq ƏDV ödəyəcəklər “– deyəTaleh Dadaşov əlavə edib.

«Ekvita» şirkətinin digər nümaynədəsi Müşfiq Əliyev isə bildirir ki, tikinti şirkətlərinin vergiyə cəlb olunması ilə bağlı dəyişiklik, bu sahədən verginin daha ədalətli tutulmasına şərait yaradacaq. Məsələ bundadır ki, yuxarıda da qeyd edildiyi kimi, hazırda yeni tikililərdən tutulan vergilərin məbləği həmni binaların harada yerləşməsindən asılıdır. Nəticədə eyni ərazidə yerləşən, amma fərqli kateqoriyaya aid olan və evləri fərqli qiymətə satan tikinti şirkətləri eyni vergi ödəyirdilər. İndi isə hər bir şirkət qazandığı məbləğdən vergi ödəyəcək: Bu da həm vergi ödəyicilərinin daha şəffaf işləməsinə, həm də tikinti bazarının «ağarmasına» imkan verəcək».