Köhnə Nəsimi bazarının yerində yaşayış kompleksi tikiləcək.

 

Marja” xəbər verir ki, bu barədə “Olympus Park” şirkəti məlumat yayıb.
“Artıq Nəsimi layihəmizin başlanmasına saylı günlər qaldı. Yerləşmə: Azadlıq küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsi. Tam olaraq köhnə Nəsimi bazarının yeridir”,- şirkətin məlumatında deyilir.

 

Mənzillərin qiymətləri barədə fərdi müraciət əsasında məlumat verilir.

 

Qeyd edək ki, “Olympus Park” şirkəti “Elmlər Akademiyası” və “Neftçilər” metrosu yaxınlığında da yaşayış binaları tikir.