Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur “Nəsimi bazarı”nın metal konstruksiyalarının sökülməsinə başlanılıb.Bu barədə Nəsimi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bazarın bir hissəsinin hələ fəaliyyət göstərməsinə baxmayaraq, onun əsas (örtülü) hissəsinin sökülməsinə artıq başlanılıb.

“Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir, görünür, burada da yeni tikililinin inşası gözlənilir”, – Nəsimi RİH-dən bildirilib.

Xəbər verdiyimiz kimi, 2020-ci il iyunun 18-də “Nəsimi Bazarı” ASC səhmdarlarının illik ümumi yıgıncağı keçiriləcəkdir. Marja ASC-nin elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər  – “2019-cu il üçün maliyyə hesabatının müzakirəsi”, “İdarə heyəti üzvlərinin seçilməsi”, “Təmir-tikinti işləri ilə əlaqədar “Nəsimi Bazarı” ASC-nin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması” və digər məsələlərdir.

©️ 1news