Mənzil İnşaat Dövlət Agnetliyi (MİDA) keçirdiyi tenderin qaliblərini açıqlayıb.

FED.az TENDER xəbər verir ki, 2018-ci ilin əvvəlindən bu günə kimi 22 tender keçirlib. Bu tenderlərin nəticəsində bağlanmış müqavilələrin ümumi məbləği 84 mln 954 min 931 manat təşkil edib.

Ən yüksək məbləğdə müqavilə “NN Group” MMC ilə imzalanıb. Bu şirkətlə imzalanan 2 mqavilənin ümumi dəyəri 36 mln 540,3 min mmanat təşkil edib ki, bunun da ümumi məbləğdə xüsusi çəkisi43,01%-dir.Müqavilələrin predmeti tikinti işləri üzrə olub.

Ən az məbləğdə müqavilə isə “Hesabdaroğlu”MMC arasında imzalanıb və ümumi məbləğ 18 min manat təşkil edib. Müqavilənin predmeti mühasibat-vergi uçotu məsləhəti və proqram təminatına texniki dəstək xidmətlərinın alınmasıdır.

 

Satınalan təşkilatın adı Malgöndərən təşkilatın adı(podratçı) Müqavilənin predmeti Məbləğ Tarix
1 MİDA MMC Məkan İnşaat MMC Sumqayıt şəhəri, 41-ci məhəllədə 0,7565 ha torpaq sahəsində 9 mərtəbəli 2 bloklu 2 yaşayış binasının tikintisi işləri (tikinti ərazisinin baş planı, abadlıq, yaşıllaşdırma) memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı bölməsi, (su və kanalizasiya təchizatı, elektrik təchizatı, rabitə, qaz, istilik təchizatı üzrə işçi layihəsi), tikinti işlərinin təşkili bölməsi, insolyasiya layihəsi və smeta bölməsinin hazırlanması işləri) 41 858 2019-02-19
2 MİDA MMC 19 saylı Tikinti Təmir İdarəsi MMC; Caspian Plus-A MMC (konsorsium) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işləri (Abadlıq və yaşıllaşdırma işləri) 3 289 482 2019-02-15
3 MİDA MMC Azinvest İnşaat QSC; Faktor Qrup-S MMC (konsorsium) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işləri (Poliklinika binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri) 7 622 852 2019-02-15
4 MİDA MMC HN Construction MMC 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri 9 281 713 2019-01-18
5 MİDA MMC Perlit MMC 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri 7 999 864 2019-01-18
6 MİDA MMC Chinar İnshaat MMC(Caspian Service MMC konsorsium) 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri 8 002 533 2019-01-18
7 MİDA MMC Hünər İnşaat Firması 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi i.l’ri 9 222 201 2019-01-18
8 MİDA MMC NN Group MMC 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi i.l’ri 13 655 137 2019-01-25
9 MİDA MMC Perfomance Center Co MMC İki ədəd Chevrolet Niva LC nəqliyyat vasitəsi 47 000 2018-12-10
10 MİDA MMC Bakqaz MMC Qaz sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi işləri 619 467 2018-10-10
11 MİDA MMC Bakelektro ASC Elektrik enerjisi sayğaclarının alınıb quraşdlrılması və istismara verilməsi işləri 663 756 2018-10-10
12 MİDA MMC Hidro Servis MMC Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün şimal hissəsində MİDA MMC-yə məxsus tikinti sahəsindən keçən D1000 mm su və D219 mm təzyiqli kanalizasiya xətlərinin köçürülməsi işləri 697 300 2018-09-12
13 MİDA MMC Alsatech MMC Digər maşın və avadanlıqlar 102 142 2018-08-21
14 MİDA MMC Qardaşlar Mebel-3 MMC Bərk inventarlar 63 842 2018-08-21
15 MİDA MMC Softlayn İnterneyşnl MMC Maliyyə və mühasibat uçotu və Memarlıq-planlaşdırma və tikintinin təşkili şöbələri üçün proqram təminatı 21 395 2018-08-24
16 MİDA MMC NN Group MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2 nömrəli, 7 mərtəbəli, 5 seksiyalı yaşayış binasının tikintisi işləri 22 885 157 2018-05-02
17 MİDA MMC Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu Bakı şəhəri, Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) 15,4 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitə təsirin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması işləri 591 760 2018-04-19
18 MİDA MMC Prosmart MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində və Yasamal rayonunda inşa olunan yaşayış komplekslərində video müşahidə sistemlərinin quraşdırılması işləri 19 717 2018-04-09
19 MİDA MMC Prosmart MMC 6 ədəd konteynerin alınıb və mövcud olan 2 ədəd konteynerlə birlikdə relyefə uyğun quraşdırılması işləri 33 545 2018-03-30
20 MİDA MMC Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvanında inzibati binanın yeni “D” korpusunun və xarici mühəndis-kommunikasiya xətlərinin layihələndirilməsi işləri 42 480 2018-03-29
21 MİDA MMC Hesabdaroğlu MMC Mühasibat-vergi uçotu məsləhəti və proqram təminatına texniki dəstək xidmətləri 18 000 2018-03-27
22 MİDA MMC Qardaşlar Mebel-3 MMC bərk inventarın satın alınması 33 729 2018-03-06