“MİDA” MMC Bakı şəhərinin Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksində açıq meydançaların tikintisi (1), eləcə də Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi (2), həmin ünvanda mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması (3), həmçinin elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi (4) ilə bağlı elan etdiyi 4 açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri “19 Saylı Tikinti Təmir İdarəsi” MMC, “RF İnşaat” MMC, “İnteqral” QSC və “Bakelektro” ASC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 448,6 min manat, 258,5 min manat, 756 min manat, 403,4 min manat, ümumilikdə isə mln 866,5 min manat ödəniləcək.