İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları elan edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 5-i Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 196 (Yeni ünvan sisteminə görə Məhəmmədşərif Həmidov küçəsi, 56) ünvanında, oktyabrın 9-da isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137-ci məhəllə (Yeni ünvan sisteminə görə A.M.Şərifzadə küçəsi, 37) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.