Bu ilin oktyabr ayında Azərbaycanda mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq 92,14 manata çatıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Xatırladaq ki, bu ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib.

 

 

 

© Report