“Yeni Həyat” şirkətlər Qrupu Bakıda Tbilisi prospekti, 1054 ünvanında tikilən “Qrand Həyat” kompleksində ipoteka şərtləri ilə mənzillər təklif edir.
“20 illik ipoteka kreditinin şərtlərinə əsasən, 8% illik və 4,4% effektiv dərəcə ilə ilkin ödəniş ümumi məbləğin 10%-ni təşkil edr. Kreditlər manatla verilir”, – deyə Qrupun satış üzrə meneceri Pərviz Hüseynov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, kompleksdə nağd ödəniş zamanı mənzilin bir kvadratmetrinin minimum qiyməti 950 manat təşkil edir. Mənzillərin minimum sahəsi 64 kvadratmetr, maksimum sahəsi 176 kvadratmetrdir.
“Əgər ilkin ödəniş 20% təşkil edirsə, bir kvadratmetrin qiymətinə endirim 20 manat, 30%, 40%, 50% təşkil edirsə, müvafiq olaraq 30 manat, 40 manat və 50 manat təşkil edir”, – deyə P.Hüseynov bildirib.
Kompleksin ərazisində 27 mərtəbəli 10 çoxbloklu bina inşa edilir, onlardan 24-ü yaşayış üçün nəzərdə tutulub. Burada məktəbəqədər uşaqlar üçün uşaq tədris mərkəzi və ya uşaq bağçası, əyləncə mərkəzi, qadın və kişi spa, fitnes mərkəzləri və hovuzlar, kafe və restoranlar, həmçinin hipermarket fəaliyyət göstərəcək. Yeraltı parkinq sakinlərin və qonaqların sayına nəzərdə tutulub. Binalar 8 bal gücünə qədər zəlzələyə davamlıdır.
“Kompleskin tikintisinə 2014-cü ilin may ayında başlanılıb və 2017-ci ilin sonunda başa çatacaq. Hazırda kompleksin ərazisində mənzillərin 60%-i artıq satılıb”, – deyə P.Hüseynov qeyd edib.
Menecer əlavə edib ki, “Yeni Həyat” Qrupunun inşa etdiyi mənzillərə kupça verilməsi ilə bağlı problemlər yaranmır.
“Yeni Həyat” Şirkətlər Qrupu 2002-ci ildə yaradılıb. “Yeni Həyat”ın portfoliosuna Yeni Hayat Plaza, Yeni Hayat Residence, Azure Kompleks, Park Azure, Grand Hayat, eləcə də Megafun, 7S layihələri daxildir.
Mənbə: İnterfaks-Azərbaycan,Marja.az