İqtisadçı Vüqar Bayramov Azərbaycanda “mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması” barədə yayılan xəbərlərə münasibət bildirib.

Mütəxəssis bu barədə danışarkən bunları deyib:

“Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirlər? Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha heç öz qiymətinə belə indi satmaq mümkün deyil”.

V.Bayarmov bildirib ki, real tələb və təklifə əsasən qiymət azalmaları proqnozlaşdırılır:

“Amma bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zamanda mənzil almağa çalışacaq və bir tərəfədən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər də qeyd etdiyimiz kimi, əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.

Modern.az