Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi satışa çıxarılıb.
Bu barədə Trend elektron hərrac platformasından məlumat əldə edib.
Məlumata görə, hərrac rəsmi olaraq dekabrın 22-də baş tutacaq.
32 653.75 kvadrat metrlik 21 mərtəbəli qeyri-yaşayış binası – “Landmark” Biznes Mərkəzinin likvid qiyməti 120 milyon manat təyin edilib.
Hərracda iştirak haqqı 15 manat, iştirak üçün behin məbləği isə 6 milyon manat müəyyənləşdirilib.
Qeyd edək ki, hərrac açıq auksion formasında elektron qaydada keçirilir.