2019-cu ildə müəyyən edilmiş çatışmazlıqların bir çoxunun aradan qaldırılması sahəsində 74 min mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleks) dair müsbət rəy tərtib edilərək aidiyyəti üzrə təqdim olunub və istismara verilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq, fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 8635 obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsiz tədbirlərinə yerinə yetirilməsinə əməl olunmasının, görülən işlərə texniki və müəllif nəzarəti aparılmasını təmin olunması ilə əlaqədar dövlət nəzarəti qaydasında yoxlama işləri aparılıb.

Tikinti işləri zamanı pozuntuların aradan qaldırılması üçün 648 tikinti obyektinə tikinti işlərinin dayandırılması barədə qərar verilib.