Bəzi vətəndaşlar kredit alarkən, evlərini girov qoyduqlarına görə, sonradan müxtəlif səbəblərdən ödəniş pozulanda evsiz qalır. Səbəb bankın vəsaitini geri qaytarmaq üçün qoyulmuş girovları dəyərindən xeyli aşağı qiymətləndirib satmasıdır. Ekspertlər bu problemdən çıxış yolunu axtarırlar və konkret təklifləri var.

Əksər banklar böyük həcmdə kredit verərkən, vətəndaşın və ya sahibkarın biznes planından çox, qoyulacaq girov haqda düşünür. Bu isə kredit ödənişi zamanı problem yarananda girovların dəyərindən çox aşağı qiymətləndirilməsinə səbəb olur.

Nəticədə kredit götürən şəxs vəsaiti ödəyə bilmədiyi üçün, girov qoyduğu əmlakı, dəyərindən xeyli aşağı qiymətə satılır. Bank öz vəsaitini qaytarır, vətəndaş isə həmin əmlakdan tamamilə məhrum olur. Ekspertlər belə halların qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklərin edilməsini təklif edirlər.

İkinci təklif, kreditlə girov məbləği arasındakı məbləğ fərqinə müəyyən limitin qoyulması ilə bağlıdır.

Mövcud vəziyyətdə isə kredit götürən vətəndaşlar hüquqlarından istifadə edərək, girovlarını istədikləri şirkətdə qiymətləndirməyə çalışmalıdır. Bu, gələcək risklərdən nisbətən qoruya bilər.