Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində də sosial mənzillər tikmək niyyətindədir.

Bu məqsədlə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün ayrılmış 6,23 hektar ərazinin şəhərsalma əsaslandırılmasının işlənib hazırlanması məqsədilə layihə insitutu seçilib. Şəhərsalma sənədləri ilə “Azərdovlətlayihə” Dövlət Layihə İnstitutu məşğul olacaq.

Avqustun 26-da “MİDA” MMC ilə layihə institutu arasında imzalanmış müqavilənin dəyəri 11,33 min manat (6647 dollar) təşkil edib.

@Banker.az