“AAAF Park”da faizsiz kreditlə mənzil sahibi olmaq mümkündür. Fins.az-ın məlumatına görə, şirkətin yeni layihəsi olan 19 saylı küçədə mənzil sahibi olmaq istəyənlər üçün şərtlərdə bir sıra güzəştlərin tətbiqinə başlanıb.
İki il ərzində təhvil veriləcək binada 600 mənzil var. İlkin ödəniş 4250 manatdan başlamaqla mənzillərə sahib olmaq mümkündür. Mənzillərin kvadrat metri 900 manat təşkil etsə də, bu ayın sonuna qədər alacaq olan hər kəsə bir kvadrat metr üzrə 100 manat güzəşt tətbiq ediləcək. Bu da öz növbəsində, məsələn 50 kvadratmetrdə 5 min, 100 kvadratmetrdə isə 10 min manat güzəşt deməkdir.
Kredit bir otaqlı mənzillər üçün 5 il, iki və üç otaqlı mənzillər üçün isə 6 il müddətinə verilir. Mənzillərin ölçüləri 47.3 kvadrat metrdən 106.2 kvadrat metrə qədərdir. Bir otaqlı 47.3 kvadrat metrlik mənzili ay sonuna qədər alsanız güzəşt bitdiyinə görə, aylıq 631 manat ödəməlisiniz. Növbəti aydan etibarən alsanız, bu rəqəm aylıq 709 manat olacaq.
“AAAF Park”ın hazırda aktiv olan daha bir kampaniyası da 25 il müddətinə 4% daxili kredir ilə mənzil almaq imkanıdır. Həmin şərtlərə əsasən alıcılar təməl qazılma mərhələsində 10%, yarım tikili 20% və hazır mənzillərdə isə 40% ilkin ödəniş etməklə mənzil sahibi ola biləcəklər. Minimal ödəniş 3087 manat olmaqla həmin şərtlərdə parkın başqa bir hissəsində yerləşən binada mənzil sahibi olmaq üçün 5 illik kredit məbləği aylıq təxminən 511 manata başa gələcək. Bu kampaniyaya xas olan 25 illik ödəmə imkanı ilə ayda təxminən 146 manat ödəyəcəksiniz.