CBRE konsaltinq agentliyi dünyada ən bahalı mənzil kirayəsi olan şəhərlərin reytinqini  tərtib ediblər.

APA-Economics”in CBRE-nin apardığı “2019 Global Living” adlı tədqiqatın nəticələrinə istinadən verdiyi məlumata görə, reytinqin ilk pilləsində Nyu-York şəhəri qərarlaşıb. Belə ki, bu şəhərdə mənzilin orta aylıq kirayəsi 2 844 ABŞ dolları təşkil edir. Siyahının ilk üçlüyünə Əbu-Dabi və Honkonq şəhərləri də daxil olub.

Ən bahalı mənzil kirayəsi olan şəhərlərin reytinqi:

# Şəhər Ölkə Mənzilin orta aylıq kirayə qiyməti, ABŞ dolları
1 Nyu-York ABŞ 2 844
2 Əbu-Dabi BƏƏ 2 807
3 Honkonq Çin 2 777
4 Ciddə Səudiyyə Ərəbistanı 2 399
5 London Böyük Britaniya 2 389
6 Los-Anceles ABŞ 2 313
7 Dublin İrlandiya 2 226
8 Ər-Riyad Səudiyyə Ərəbistanı 2 199
9 Dubay BƏƏ 2 044
10 Sinqapur Sinqapur 1 935