Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satınalınması üçün keçirdiyi tenderlərin qalibləri bəlli olub.

FED.az xəbər verir ki, nazirlik ümumi məbləği 7 milyon 185 min 66 manat olan tenderlərin qalibləri 1 şirkət və 2 fiziki şəxs olub. “Saray-H” MTK şirkəti ilə  5 milyon 949 min 645 manatlıq, Misirxan Feyruz oğlu ilə 605 min 550 manatlıq, Asif Akif oğlu Əsədzadə ilə 629 min 871 manatlıq müqavilələr imzalanıb.