Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi inzibati binanın tikintisi tenderinin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi “AZNOF” MMC şirkəti qazanıb. Qurum Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi üçün “AZNOF” MMC-yə 4 milyon 693 min 715 manat ödəyib.