Azərbaycanda daşınmaz əmlakın elektron reyestri portalı gələn ilin əvvəlinə istifadəyə veriləcək.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib.

“Layihə razılaşma üçün hökumətə, aidiyyəti dövlət orqanlarına təqdim edilib. Onlardan müsbət geridönüş olduqda gələn ilin əvvəlinə istifadəyə veriləcək” – N.Alimova bildirib.