Azərbaycanın tikinti şirkətləri ipoteka kreditlərində bir-birləri ilə yarışırlar.
Tikilməkdə olan bir neçə iri yaşayış komplekslərində, Azərbaycan Beynəlxalq Bankının dəstəyilə ilkin ödənişi 10%, faiz dərəcəsi 8%, müddəti 20 il olan ipotekaya start verildikdən sonra, “21-ci əsr” şirkəti də “Bakikhanov Residence”də mənzillərin ipoteka ilə satışına start verib.
“Marja” xəbər verir ki, digər yaşayış kompleksləri ilə müqayisədə “Bakikhanov Residence”də ilkin ödəniş bir az yüksək, müddət isə qısadır. Belə ki, “Bakikhanov Residence”in yeni ipoteka şərtlərinə görə, mənzilləri ilkin ödənişi 20%, illik faiz dərəcəsi 8% olan, 15 ilədək ipoteka yolu ilə almaq olar.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tikilən 12 mərtəbəli yaşayış binasında 390 mənzil olacaqdır. Binada 1 otaqlı – 208 mənzil (sahələri 45,4 kv.m-dən 56,4 kv.m kimi), 2 otaqlı – 104 mənzil (sahələri 73,6 kv.m-dən 91,1 kv.m kimi), 3 otaqlı – 78 mənzil (sahələri 99 kv.m-dən 120,7 kv.m kimi) nəzərdə tutulub.
Bunada mənzilin 1 kvadratmetri 1100 manatdan təklif olunur. Bu qiymət 3-cü mərtəbədən 11-ci mərtəbəyə kimi səviyyədə yerləşən mənzillərə şamil edilir. 2-ci və 12-ci mərtəbədə yerləşən mənzillərin 1 kv.metrinin dəyəri aşağıdır. Binanın 2016-ci ilin 1-ci rübündə təhvil verilməsi nəzərdə tutulub.