Çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi məqsədilər tədbirlər görülür. Artıq paytaxtın Binəqədi, Nizami, Nəsimi, eləcə də Sumqayıt və Mingəçevir bələdiyyələrinin nəzdində maarifləndirmə mərkəzləri yaradılıb.
Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, yaşayış sahələrinin idarə edilməsi işinin təşkilində yerli özünüidarəetmə orqanlarının rolu, hüquq və vəzifələri, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsi qaydası və digər məsələlər barədə məlumatlar verilir.
Hazırda Mənzil Məcəlləsinin və digər hüquqi sənədlərin tələbləri barədə çoxmənzilli bina sakinlərinin məlumatlandırılması məqsədilə ölkənin digər şəhər və rayonlarının bələdiyyələri ilə işgüzar əməkdaşlığın qurulması istiqamətində müvafiq işlər davam etdirilir.