Ötən il yaşayış binalarının abadlaşdırılması məqsədi ilə alınaraq Bakıya gətirilən 581 müasir liftin binalara quraşdırılması prosesi başa çatıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Lift-Təmir İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, paytaxtda yaşayış binalarındakı istismar müddəti başa çatmış köhnə liftlər sökülərək yenisi ilə əvəzlənib:

“2019-cu ildə cənab Prezident İlham Əliyev tərəfindən bununla bağlı vəsait ayrılmışdı. Həmin vəsaitlə ilkin olaraq 542 yeni lift alınaraq Bakıya gətirilmişdi. Bundan sonra ayrılmış vəsaitə qənaət olunaraq əlavə 39 lift alınıb. Alınan bütün liftlər binalara quraşdırılaraq sakinlərin istifadəsinə verilib”.