Bakıdan sonra Azərbaycanın daha iki şəhərində güzəştli mənzillərin tikintisi və satışı planlaşdırılır.
Bu barədə FED.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.

Məlumatda deyilir ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə  2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində isə Sumqayıt şəhərində 0,75 hektar torpaq sahələri ayrılmışdır.

Paralel olaraq Gəncə şəhərində də güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə torpaq sahəsinin ayrılması üçün işlər aparılır.