Hazırda Bakı şəhərində cəmi 61 binanın tiknitisinə rəsmi şəkildə icazə verilib. Fins.az-ın məlumatına görə, inşasına icazə verilmiş binaların siyahısı Tiknitilərin Dövlət Reyestrində yerləşdirilib.

Reyestr məlumatlarına görə, tikintisinə icazə verilən binaların əksəriyyəti üçün tikinti icazələri 2000-i illərin əvvəllərində alınıb. Belə ki, reyestrdəki binaların 2-si üçün icazə 2002-ci ildə, 8-i üçün icazə 2003-cü ildə, 5-i üçün icazə 2004-ci ildə, 8-i üçün icazə 2005-ci ildə, 18-i üçün icazə 2007-ci ildə, 4-ü üçün  icazə 2008-ci ildə verilib. Reyestr məlumatlarından məlum oldu ki, Bakıda hətta tikintisinə 1988-ci ildən  icazə verilmiş bina da var, amma hələlik onun tikintisi başa çatmayıb. Binaların əksəriyyəti özəl MTK-lar tərəfindən inşa edililir. Bununla yanaşı yaşayış binalarının sifarişçiləri arasında dövlət qurumları da var. Bunlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və İşlər İdarəsi, Azərbaycan Respublikası Xüsusi Dövlət

Mühafizəsi Xidməti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”İctimai Birliyi,   Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsi, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əsaslı Tikinti İdarəsidir.

Şirkətlərə gəlincə, hazırda Bakıda ən çox tikinti icazəsinə malik olan şirkət Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”dır. Bu şirkət 8 binanın tikintisini aparır. ARDNŞ-nin “Neftçi” MTK-sı 5 binanın tikintisii ilə məşğuldur.