Bakıda kommersiya obyektləri bahalaşır. «MBA group» konsaltinq şirkətinin  məlumatına görə, fevral ayında obyektlərin qiymətində 7,3%-lik artım baş verib. Şirkətin məlumatlarından aydın olur ki, kommersiya obyektləri bazarı devalvasiyanın təsirindən daha sürətlə çıxmağa başlayıb. Qiymət artımı paytaxtın bütün hissələrində qeydə alınıb. Qiymətlər 1-ci zonada 3,22%, 2-ci zonada 5%, 3-cü zonada 2,5%, 4-cü zonada isə 0,47% yüksəlib. Hərçənd ilin əvvəli ilə müqayisədə qiymətlər hələ də 31% ucuzdur. Son bir illik dövrdə isə kommersiya obyektlərinin qiymətində təqribən 42% ucuzlaşma baş verib. Bu böyük rəqəm olsa da, kommersiya obyktləri mənzillərə nisbətən daha az ucuzlaşıb və bu sahədə qiymətlər daha sürətlə bərpa olunur. Bu mənada qarşıdakı aylarda kommersiya obyektlərinin daha çox bahalaşacağını gözləmək olar.

Fins.az