Dekabr ayında qiymət indеksində 0.06 bənd azalma müşahidə еdilib.
İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin 20.8%-i 700 $/kv.m-ə qədər olan ucuz mənzillərin payına düşür. Təklif portfelinin əksər hissəsini isə qiyməti 700-1000 $/kv.m aralığında olan mənzillərin payına düşür, 50.3 %. Qiyməti 1000-1300 $/kv.m aralığında olan mənzillərə düşən pay isə 12.7 % – dir. Ümumi təklif portfelinin qalan 16.2 % – ni isə qiyməti 1300 $/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 609 $/kv.m, 832 $/kv.m, 1091 $/kv.m və 1687 $/kv.m-dir.
Qiymət diapazonu
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 70.6%-ə bərabərdir.
Rayonlar üzrə təklif portfelinin strukturu aşağıdakı kimi olub:
İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, “28 May” m/st –nın yaxınlığında yerləşən 218 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 2800 USD təşkil edib. Ən ucuz mənzil isə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 58 kv.m olan 1 otaqlı yeni tikili mənzil bazara 400 USD/kv.m qiyməti ilə təklif edilib.
Zonalar üzrə, $/kv.m
Otaqlar üzrə qiymət strukturu:
Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi 22.4% artaraq 114.44 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 62.08, iki otaqlı 89.02, üç otaqlı 126.82, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 191.05 və 206.25 kv.m qeydə alınıb.
Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 29.1% artıb. Təklif üzrə ən çoх paya 3 otaqlılarda qеydə alınıb, 34.1%. Ümumi təklif portfelinin 24.9%-ni 1 otaqlılar, 22.5%-ni 2 otaqlılar, qalan 18.5%-ni isə çox otaqlılar təşkil edib.
Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Nərimanov, Sabunçu və Xətai rayonlarında azalıb, Suraxanı, Nəsimi, Yasamal və Sabunçu rayonlarında isə nisbətən artıb. Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (958 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 65.9%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2.48, orta sahə göstəricisi 114.44 kv.m, hər otağın orta satış qiyməti 48 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 119 200 ABŞ dolları təşkil еdib.
Mənbə: Fins.az