Azərbaycanda bu il mənzillərin qiymətində artım olcaq.

Bunu FED.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib.

Ekspertin sözlərinə görə, qiymət artımlarının bir neçə səbəbləri var. Təkrar mənzil bazarında qiymətlərin artımı bilavasitə ilkin mənzil bazarı ilə əlaqəlidir. Çünki təkrar mənzil bazarının satıcıları potensial ilkin mənzil bazarının alıcılarıdır. Köhnə evi satanlar yeni tikililərdən evlər alırlar deyə ekspert bildirib.

“Proqnozlaşdırılan ilkin qiymət artımı 10-15% arasında olacağı gözlənilir. Yeni tikililərlə bağlı tətbiq edilən vergi yenilikləri isə əsasən nağdsız ödənişləri stimullaşdırmaq məsələləri daşıyır. Misal olaraq nağd alışlar zamanı ƏDV-nin 30%-nin güzəşt olunması və s bu kimi məqamlar var. Eyni zamnada verginin bu günki tətbiq olunan mənfəət və ƏDV-nin əvvəlki sadələşdirilmiş vergi ödənişləri ilə fərqində ümumi tikintidəki xüsusi çəki o qədər də böyük fərq yaratmır.”-deyə ekspert bildirib.

Yeni tikililərdə isə artımın bir neçə səbəbləri var. Bunun səbəbləri iqtisadi proseslərə bağlı səbəblər deyil. Daha çox inzibati qərarlarla bağlı səbəblərdir.

“Respublikanın bir çox regionlarında tikinti ilə bağlı 2019-cu il qaydalarda dəyişikliklərlə yadda qaldı. Xüsusi ilə yaşayış sahələrinin kafisentləri ilə bağlı ən mühafizəkar il hesab etmək olar. Bu o deməkdir ki, əvvəllər 1 hektar torpaq sahəsində təqribən 65 min kv metrlik tikinti sahəsi inşa etmək mükün idi. Bunun altındakı qeyri-yaşayışları da əlavə etsək təqribən 100 min kv metrə yaxın idi bu sahə. Noyabr ayının sonlarında cənab prezident Bakı şəhər İcra hakimiyyəti ilə görüşdü və bu məsələyə toxundu ki, sovet dövründəki kafisentlərə toxunmaq lazımdır. Bu o deməkdir ki, şəhər salmaq qaydaları kifayət qədər sərtləşəcək” – deyə Ramil Osmanlı bildirib

Onun sözlərinə görə, yeni qaydalara əsasən, yeni inşa edilən tikililərinin həyətlərində yaşıllıq ərazilərinin artmasından başqa, əvvəlki kimi 20 sot ərazidə bina inşa etmək mümkün olamayacaq.

“İndi artıq 1 hektara düşən maksimal yaşayış sahəsi 20 min kv metrdən yüksək deyil. Yəni əvvəl bir hektar alıb, burda 65 min kv metr tikib satmaq olurdusa indi artıq bu mükün deyil.  İndi bu rəqəm 20 min kv metrdir”- deyə Ramil Osmanlı bildirib.