Bakıda köhnə binları söküb əvəzində parklanma yerləri salına bilər.

APA-Economics” xəbər verir ki, bunu nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın sədr müavini Fərhad Əyyubov bildirib.

“Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında çoxlu avtobus qarajları mövcud idi. Sonra bunların hamısını söküb yerində “novostroyka”lar tikdilər”, – deyə F.Əyyubov əlavə edib.