Ramil Osmanlı kirayə bazarındakı son vəziyyəti dəyərləndirib.
Kirayə bazarında hələlik əhəmiyyətli bir qiymət azalması yoxdur. Amma artıq təklif edilən bəzi ərazilərdə qiymət azalması müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, qarşıdakı aylarda qiymət azalmasını müşahidə edəcəyik.
Bu barədə Oxu.Az-a açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı kirayə bazarındakı son vəziyyəti şərh edərkən deyib.
“İyun ayından başlayaraq, kirayə bazarında təklif kəskin artır. Yəqin ki, həmin dövrdən etibarən kirayə bazarında qiymətlərin müəyyən qədər azalmasını müşahidə edəcəyik”, – deyə R.Osmanlı əlavə edib.
Öz növbəsində, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov kirayə bazarında zəifliyin müşahidə olunduğunu qeyd edib.