“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC söküntü işləri üçün tender elan edir.

FED.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri, Saraykin küçəsi 57 nömrəli ünvanda yerləşən 16 mənzilli və 10-cu park döngəsi 6 nömrəli ünvandakı qəzalı vəziyyətdə olan 9 mənzilli binaların söküntüsü işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alır.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-Əhməd Məmmədov, telefon-0506121527).

İddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 22 may 2020-ci il saat 12.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvanda 31 may 2020-ci il saat 11.00-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.