MKSİF Bakıda 810 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi inşa etməyi planlaşdırır.

FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi üçün tender elan edib.

Tender elanına əsasən, infrastruktur Bakı şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmalıdır.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir.

Tender təklifləri 2020-ci il 19 fevral saat 18:00-dək qəbul olunur. Zərflərin açılışı 20 fevral saat 16:00-da baş tutacaq.

İnterfaks