Fevral ayından etibarən Əmak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) özəlləşdirmə hərracları yeni binada – Əmlak Xidmətləri Məkanında baş tutur. İnvestorlar onlayn qeydiyyat və hərracda elektron qaydada iştirak etməklə istədikləri əmlakı ala bilərlər. Həraclarda həm Bakı, həm də bölgədəki əmlaklar satılır və geniş yayılan məlumatın əksinə olaraq, paytaxtda da olduqca sərfəli qiymətə əmlak tapmaq mümkündür. Bunun üçün sadəcə hərrac elanlarını diqqətlə izləmək lazımdır.

FED.az portalı «Daşınmaz Əmlak» jurnalına istinadən paytaxtda ən əlverişli qiymətlərlə hərraca çıxarılan 10 əmlakın siyahısını hazırlayıb.

Nizami rayonunda qeyri-yaşayış sahəsi – 1000 manat

Bakının Nizami rayonunda qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1000 manatdır. Bu C.Naxşıvanski küçəsi, 22-də yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisinin 5,8 m2-lik sahəsidir. Fevralın 26-da hərraca çıxarılıb və tələb olunan beh 100 manat təşkil edib.

 

Xəzər rayonunda avtotextəmir obyekti – 1750 manat

Xəzər rayonundakı 82 saylı avtotextəmir obyekti Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 3M ünvanında yerləşir. Fevralın 19-da hərraca çıxarılıb və tələb olunan beh 175 manat təşkil edib.

Xətai rayonunda zirzəmi – 2000 manat

Xətai rayonu, Gəncə prospekti, 23B ünvanında, 9 mərtəbəli binanın zirzəmisinin 15 m2-lik bir hissəsi 2 000 manata satılır. Fevralın 26-da hərraca çıxarılıb və tələb olunan beh 200 manat təşkil edib.

 

Qaradağ rayonunda yarımzirzəmi – 2000 manat

Sərfəli qiymətə olan daha bir qeyri-yaşayış sahəsi Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 8-də yerləşir. 5 mərtəbəli binanın yarımzirzəmisinin 17,8 m2-lik hissəsi 2000 manata satılır. Fevralın 26-da hərraca çıxarılıb və tələb olunan beh 200 manat təşkil edib.

Sabunçu rayonunda mağaza – 2500 manat

Sabunçu rayonundakı 41/3 saylı mağazanı 2 500 manata almaq olar. Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 25G ünvanında yerləşən mağazanın faydalı sahəsi 21,2 m2, altındakı torpaq sahəsi 22,1 m2-dir. Fevralın 12-də hərraca çıxarılıb və tələb olunan beh 250 manat təşkil edib.

 

Binəqədi rayonunda yarımzirzəmi – 4000 manat

Hərraca çıxarılan digər qeyri-yaşayış sahəsiBinəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, bina 7-də yerləşir. 9 mərtəbəli binada yarımzirzəminin 23,6 m2-lik bir hissəsinin ilkin satış qiyməti 4 min manat olub. Fevralın 19-da hərraca çıxarılıb və tələb olunan beh 400 manat təşkil edib.

 

Xəzər rayonunda mağaza – 4250 manat

Xəzər rayonundakı 159 saylı mağazanın ilkin satış qiyməti 4 250 manatdır. Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 31K-da yerləşən mağazanın sahəsi 36,4 m2-dir. Fevralın 19-da hərraca çıxarılıb və tələb olunan beh 425 manat təşkil edib.

 

Yeni Günəşli qəsəbəsində zirzəmi – 5000 manat

Digər qeyri-yaşayış sahəsi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, bina 20-də yerləşir. 9 mərtəbəli binanın zirzəmisinin 48,3 m2-lik hissəsi 5 min manata satılır. Fevralın 12-də hərraca çıxarılıb və tələb olunan beh 500 manat təşkil edib.

Binəqədi rayonunda yarımzirzəmi – 5000 manat

Binəqədidəki qeyri-yaşayış sahəsini də eyni qiymətə almaq olar. Bu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, 16 ünvanındakı 9 mərtəbəli binanın yarımzirzəmisinin 24,2 m2-lik bir hissəsidir.  fevralın 26-da hərraca çıxarılıb. Fevralın 26-da hərraca çıxarılıb və tələb olunan beh 500 manat təşkil edib.

 

Qaradağ rayonunda qeyri-yaşayış sahəsi – 8100 manata

Qaradağdakı qeyri-yaşayış sahəsi isə 8 100 manata satılır. Bu Müşfiqabad qəsəbəsi, 5Q saylı binanın yanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin 24 m2-lik bir hissəsidir.  Fevralın 26-da hərraca çıxarılıb və tələb olunan beh 810 manat təşkil edib.