“AzerGold” QSC elan etdiyi tenderə yekun vurub.

Banker.az xəbər verir ki, tenderdə Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsində prefabrik modul evin (prefabricated home) quraşdırılması və müvafiq ərazinin hazırlanması işlərinin, o cümlədən əlaqəli malların satın alınması nəzərdə tutulur.

Tenderin qalibi “Supply-A” MMC-dir, “AzerGold” qalib şirkətə 248 585 manat ödəyəcək.

Qeyd edək ki, “Supply-A” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İlqar Novruzovdur.