Təhsil krediti  Respublika ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə-ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbə və şagirdlərin təhsil haqqlarının ödənilməsi üçün nəzərdə tutulub.

Banker.az Azərbaycanda təhsil krediti verən bankları araşdırdı və aşağıdakı cədvəldə şərtləri təqdim edir.

Bildirək ki, Azərbaycanda “Xalq Bank” , “Bank VTB” , “Bank Respublika” , “Turanbank” tələbələrə təhsil krediti verir.

* “Xalq Bank”da  təhsil krediti fiziki şəxsin zaminliyi , avtonəqliyyat vasitəsinin girovu, daşınmaz əmlakın girovu ilə faiz dərəcəsi  18% təklif olunur. Bu bank zaminsiz aşağı faizlə kredit verən bankdır.

*  “Bank VTB”-də tələbələr fərqlənmə ilə oxuduğu halda (tələbənin fərqlənməsi haqqında ali təhsil müəssisəsinin sənədinə əsasən) kreditin faiz dərəcəsində 1% endirim nəzərdə tutulub.