Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Bu barədə “Report”a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.