2018-ci ilin III rübündə Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində 0,2% artıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

“İlkin mənzil bazarında qiymətlərdə 0,2% ucuzlaşma müşahidə olunduğu halda, təkrar mənzil bazarında qiymətlər 0,3% bahalaşıb”, – nazilrikdən qeyd ediblər.

 

Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında əmlak alqı-satqısının həcmində 2018-ci ilin analoji dövrü ilə müqayisədə artım müşahidə olunur.

 

Məlumata əsasən, Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur. Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi, Nərimanov, Yasamal  və Xətai rayonları daxildir.

Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur.

Bakının rayonları üzrə 1 kv. metr yaşayış mənzilinin qiymətlərinin müqayisəsi zamanı 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə qiymətlərdə ən çox artım Xəzər rayonunda (5,9%), ən çox ucuzlaşma Qaradağ rayonunda (8,3%) müşahidə olunur.

 

2017-ci ildə Azərbaycanda daşınmaz əmlakın qiymətində artım 1,3% təşkil edib təşkil edib.

 

® “İnterfaks-Azərbaycan”