Sentyabrın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində Azərbaycan Hökuməti ilə Dünya Bankının həyata keçirdiyi “Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı (DƏQ) Layihəsi”nin başa çatması ilə bağlı fəaliyyəti dövründə görülmüş işlərə dair yekun ictimai təqdimat keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi, bu sahədə informasiya texnologiyaları sistemlərinin tətbiqi, elektron xidmətlərin geniş istifadəyə verilməsi və daşınmaz əmlakların, o cümlədən torpaqların elektron kadastr məlumat bazasının və rəqəmsal xəritələrinin hazırlanması istiqamətində görülən işlərə həsr olunub.
Tədbirdə həmçinin daşınmaz əmlakın qeydiyyatında müasir yanaşmalar və vətəndaş məmnunluğu, layihənin informasiya texnologiyaları sistemi: hədəflər və elektron xidmətlər, DƏQ Layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, məsələləri mövzusunda müxtəlif təqdimatlar olacaq.