Bakı və Sumqayıtdan sonra Azərbaycanın daha bir şəhərində güzəştli mənzillər tikiləcək. Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki «MİDA» MMC Gəncə şəhərində güzəştli mənzillərin olduğu binaların tikintisi barədə tender elan edib.

FED.az xəbər verir ki, yeni binalar Gəncənin Azərbaycan Bayrağı küçəsində inşa ediləcək.

Söhbət hər biri 9 mərtəbəli 2 bloklu olan 3 binanın inşasından gedir.